Hindistan həddindən artıq istilərlə mübarizə aparır.
Demedia.az xəbər verir ki, ölkənin şimalında təsirini artıran həddindən artıq istilər nəticəsində insan tələfatı olub. Hindistan mətbuatı rekord qıran istilər nəticəsində paytaxt Yeni Dehlidə 52 nəfərin öldüyünü yazıb. Son iki gündə həyatını itirən 52 nəfərin həddindən artıq istilərə baxmayaraq açıq havada işləmək məcburiyyətində qalan işçilər olduğu bildirilib.
Bahadur Seyidov