EN

Komitə sədri: Hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkarlanır

Bugünkü rəqəmlərə baxsaq görərdik ki, hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkar olunur. Əgər həmin şəxslər evlənsəydi, xəstə uşaqları doğulardı.Elchi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, hətta 4 dəfə artıqdır. Eyni zamanda 1 % uşaqlar arasında aşkarlanan qüsurlar, qohum evliliyi nəticəsində 9 % təşkil edir.“Dünyada yaşayan insanların 10-12 %-i qüsurlu olanlardır. Onların da 40,5 %-i qohum nikahlarından dünyaya gələn uşaqlardır. Bunu təkzib etmək və ya haqq qazandırmaq mümkün deyil. Bəzən insanlar bu rəqəmlərə inanmır. Halbuki biz hər gün belə ailə faciələri ilə rastlaşırıq. Qohum nikahları əsasən irsi qan xəstəlikləri, dayaq hərəkət aparatının qüsuru, həm fiziki, həm də zehni qüsurlara yol açır. Bu kimi ailələrlə söhbət edəndə şahidi oluruq ki, nikahdan əvvəl heç bir tibbi müayinədən keçməyiblər”, – komitə sədri əlavə edib.Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
1
elchi.az

2Sources