EN

İmtahanda yüksək nəticə göstərən müəllimlərin SEVİNCİ – VİDEO 

İyunun 21-də ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

İmtahanda iştirak edib yüksək nəticə göstərən bir neçə müəllim sevincini Bizim.Media-ya bölüşüblər.

Xəzər rayonu Buzovna qəsəbəsi İftixar Tağıyev adına 26 saylı tam orta məktəbin Riyaziyyat müəllimi Mehriban Abazova imtahanın rahat keçdiyini deyib:

“Suallar asan idi, 56 bal topladım. Kurikulum sualları da bu vaxtadək gördüyüm suallardan daha asan idi. Daha əvvəl sınaqlarda iştirak etmişdim. Demək olar ki, eyni nəticəni göstərdim”.

İmtahanda yüksək nəticə göstərən digər müəllim isə Bakı şəhəri Xəzər rayonu 124 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rövşən Abbasovdur. O, imtahan suallarının gözlədiyindən asan olduğunu bildirib:

“Suallar orta məktəb proqramını əhatə edirdi. İmtahanda çətin sual yox idi, bir az həyəcanlı idim. 7 ildir ki, riyaziyyat müəllimi işləyirəm və 53 bal topladım”.

Bakı şəhəri 261 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Ağayev Famil  yüksək nəticə göstərsə də, nəticəsindən məmnun qalmadığını bildirib:

“Çətin deyldi, hər kəsin keçməli olduğu bir imtahandır. Mən 51 bal topladım. Düşünürəm ki, bu, zəif nəticədir. Ordan 59-60 bal toplamaq mümkündür. 5 ildir pedaqoji fəaliyyətlə məşğulam. Özüm 2019-cu ildə 59 bal yığmışdım, indi niyə asan imtahanda zəif yazdım bilmirəım”. 

149 nömrəli məktəbin müəllimi Əsgərova Dünyabəyim 57 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb:

“Suallar müəllim üçün normal idi. Hər bir müəllim bu qiymətləndirmədən 50-dən çox bal yığmalıdır. İxtisas suallarında yox, kurikulumda düşündürücü suallar var idi”.
 


Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
bizim.media

1Sources