Bakı, 21 iyun, AZƏRTAC
Ötən gün axşam saatlarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Goranboy rayonları, həmçinin Gəncə və Mingəçevir şəhərləri ərazisində müşahidə olunan güclü külək ağacların bir-neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə quraşdırılmış yol nişanları və məlumatverici lövhələrin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.