Bakı. Trend:
İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyatqəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanınöldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarındayaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətləryetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənedilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxsqismində tutulub.