EN

Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olub - YENİLƏNİB

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Mingəçevir şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

14.10

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
13
apa.az

10Sources