EN

Kadi “Qarabağ”a qayıdır?

“Krasnodar”ın futbolçusu Kadi Borgesin adı “Qarabağ”la hallanır. Rusiya mətbuatının iddiasına görə, braziliyalı yarımmüdafiəçi artıq “atlılar”la razılaşıb.

“FutbolPress“in əldə etdiyi məlumata görə, “Qarabağ” hələ oyunçu ilə hələ razılaşmayıb. Komandanın baş məşqçisi Qurban Qurbanov sabiq oyunçusunun qayıtmasında maraqlıdır və dəfələrlə bunu mətbuat konfranslarında açıq şəkildə bildirib.

Tərəflər arasında danışıqlar bir müddətdir davam etsə də, hələ tam anlaşma əldə edilməyib.

Kadi 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, komandada 75 oyunda 28 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Borges son mövsümdə “Krasnodar”da 33 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
tempinfo.az

1Sources