EN

İqor Korotçenko: Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında regionlararası əməkdaşlıq mühüm yer tutur

Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında regionlararası əməkdaşlıq son dərəcə mühüm yer tutur.

7Times.az xəbər verir ki, bunu Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Regionlararası əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm elementdir. Şimali Qafqaz regionları ilə Azərbaycan arasında əlaqələr son dərəcə vacibdir, çünki bu, regionların iqtisadi potensialının gücləndirilməsinə, ticarət sahəsində qarşılıqlı faydalı əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə töhfə verir”, – o bildirib.

Ekspert qeyd edib ki, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılır:

“Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında uğurla inkişaf edən münasibətlərin bütün kompleksi fonunda regionlararası əməkdaşlıq son dərəcə mühüm seqmenti tutur”.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında dostluq və regionlararası əlaqələr bundan sonra da regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

(Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
7times.az

2Sources