Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)Bolqarıstanın sənaye müəssisələrini təbii qazla təmin etməyəbaşlayıb.
Təbii qazın tədarükü Azərbaycan və Bolqarıstan hökumətləriarasında müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsindəəməkdaşlığın gələcək inkişafı (mayın 8-də Bakıda imzalanmış),həmçinin strategiya əsasında sazişə uyğun olaraq həyatakeçirilir.
"SOCAR ilə Bolqarıstanın M-Gaz və Asarel Medet şirkətləriarasında uğurlu əməkdaşlıq nəticəsində iyunun 21-dən Bolqarıstanınsənaye müəssisələrinə təbii qazın tədarükünə başlanılıb. Bu, buAvropa ölkəsinin enerji təhlükəsizliyinin gücləndirilməsiistiqamətində mühüm addımdır". press-relizdə qeyd olunub.
Xatırladaq ki, SOCAR və Asarel Medet mayın 8-də BakıdaBolqarıstanın bir sıra şəhərlərinin, eləcə də sənaye obyektlərininqazlaşdırılmasını nəzərdə tutan əməkdaşlıq memorandumuimzalayıb.
Bolqarıstan Azərbaycan qazını 2021-ci ilin yanvarından alır.2024-cü ildə tədarük ildə 1,5 milyard kubmetrə çatacaq.