Ultimate Fighting Championship (UFC) yarışmasında mübarizə aparan qız döyüşçü Peyc Vanzant İnstaqram səhifəsində yeni paylaşım edib.
32gun.az bildirir ki, idmançı dostu ilə dirəkdə rəqs edərkən çəkilmiş videosunu yayımlayıb.
Vanzant MMA-da debütünü 30 iyun 2012-ci ildə amerikalı Jordan Nikol Qazanı məğlub edərək etdi. Həmin döyüş bölünmə qərarı ilə başa çatdı.
UFC-də idmançı ilk döyüşünü 5 sentyabr 2015-ci ildə Aleks Çembersi məğlub edərək keçirdi. Üçüncü raundun ikinci dəqiqəsində VanZantın qolunu vurması ilə mübarizə başa çatıb.
VanZant sonuncu dəfə UFC-də 12 iyul 2020-ci ildə döyüşmüşdür. Daha sonra braziliyalı Amanda Ribasa uduzub. Ümumilikdə Vanzantın qarışıq döyüş növləri üzrə səkkiz qələbəsi və beş məğlubiyyəti var.
12 avqust 2020-ci ildə VanZant Amerikanın Bare Knuckle FC promosyonu ilə müqavilə imzaladı. 26 may 2024-cü ildə Vanzant Ally Brooke ilə boks görüşü keçirdi və hakimlərin hesab kartları heç-heçə ilə nəticələnib.
Nilay