EN

Yaponiya Rusiyanın 42 şirkətinə sanksiya tətbiq edib

Yaponiya Rusiyayada 11 fiziki şəxsi və 42 şirkətə qarşı sanksiya tətbiq edib.  Bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Siyahıya Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Rusiya Mərkəzi Seçki Komissiyasının daha beş üzvü daxil edilib.

Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyada 1000-dən çox insana və 150-dən çox təşkilata təsir edir.
Bundan əvvəl "Alfa Bank”, "VTB”, "Rossiya Bank”, "Sberbank”, həmçinin 45-ə yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub. Bundan əlavə, Yaponiya artıq Rusiyaya ixracı qadağan olunan 800-ə yaxın mal və texnologiyanın siyahısını təsdiqləyib. O cümlədən, dəyəri 6 milyon yendən (təxminən 43 min dollar) çox olan avtomobillərin ixracını qadağan edib.
 
Daha əvvəl Yaponiya hakimiyyəti Rusiyanı Şimali Koreyadan silah almaqda ittiham edib. Cavab tədbiri olaraq Rusiyadan bir fiziki və doqquz hüquqi şəxs, həmçinin Kiprdən iki hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.

Sanksiya siyahısına "Transmorflot”, "M-Lizinq”, "Azia” gəmiçilik şirkəti, dövlət aviaşirkəti 224-cü Uçuş Dəstəsi və onun baş direktoru Vladimir Mixeyçik, "Şərqi Stevidornaya Şirkəti”, "Vladimirovka” tədqiqat kompleksi, "Aşuluk” poliqonu, "Azia Shipping” və s. əlavə olunub. Siyahıdakı hər kəsin aktivləri dondurulacaq və ödənişləri də məhdudlaşdırılacaq.
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
anews.az

1Sources