EN

Ata-babadan əmanət… -İndiki toxumlar olsaydı, bu qədər bibər əldə edə bilməzdik

Türkiyənin Dənizli bölgəsi Kale əyalətində yetişdirilən və böyük tələbat görən Kale bibərinin bostandan toplanmasına başlanılıb. 
“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Kale bibəri qışa tədarük edilən tərəvəzlər arasında öncüldür. Qurudulmuş bibərlərdən qış aylarında bibər dolması bişirilir. Türkiyə mətbəxində quru bibər dolması çox sevilir. Bölgənin torpaqları da münbit və bərəkətlidir. Burada yetişən meyvə-tərəvəzlər geniş şöhrət qazanıb. Kale bibəri də xoş ətri ilə seçilir. Əzilməsin, ziyan olmasın deyə bibərlər tağlardan bir-bir toplanır. Kale bibəri Dənizli bölgəsinin rəmzinə çevrilib, Kale əyaləti də bibəriylə tanınır. Kale əyaləti bibər yetişdirmək üzrə Türk Standartları İnstitutunun sertifikatını alıb. Tarladan toplandıqdan sonra yerli sakinlər tərəfindən ipə düzülərək eyvanlarda qurudulur. Kale bibərindən bibər sousu, üyüdülmüş bibər, şorbalıq bibər növləri hazırlanır. Hər il Kaledə tarlalardan 3 min tona yaxın bibər toplanır. Yerli sakinlər bibərin bərəkətini ata-babalarından əmanət saxladıqları toxumlarla əlaqələndirir. Və “indiki toxumlar olsaydı, bu qədər məhsul əldə edə bilməzdik. Bizim bibərlərin toxumu dədələrimizdən qalma toxumlardır”, deyirlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
sherg.az

1Sources