EN

“ANAMA ərazilərə “mina yoxdur” işarəsi vursa da...” - Polkovnikdən XƏBƏRDARLIQ

Dünən Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Cəbrayıl rayonunda növbəti dəfə mina partlayıb. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Nəzərə alsaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub, bu hadisənin insanları qorxuya salması təbiidir. SEO Xidməti

Bu hadisə ora köçəcək əhali üçün hər hansı təhlükə vəd edirmi? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, mina təhlükəsi hələ uzun illər davam edəcək:

“Mina məsələsi çox ciddi məsələdir. Cəbrayıl rayonunun Horovlu kəndində baş verən və bundan əvvəl də baş vermiş hadisələr insanların diqqətinə bir daha çatdırır ki, ehtiyatlı olmaq lazımdır. Baxmayaraq ki, güc strukturları, ANAMA ərazilərə “mina yoxdur” işarəsi vursa da, insanlar ehtiyatlı olmalıdırlar. Bir müddət bundan əvvəl analoji hadisə güc strukturlarının ərazisində də baş vermişdi, ərazidə “mina yoxdur” lövhəsi olmasına baxmayaraq, ağır tonajlı texnika tank əleyhinə minada partlamışdı. Düzdür, ölüm hadisəsi baş verməmişdi, amma istənilən halda, bu cür hadisələr faciə ilə nəticələnə bilər. 

Bu hadisə işğaldan azad olunan ərazilərə köçəcək insanları bir daha ehtiyatlı olmağa vadar edir. Uzun illər ərzində düşmən minaları xaotik olaraq hara gəldi basdırıb. İnsanlar bu təhlükəni başa düşməlidirlər. Hələ uzun illər bu minalar insanlara rahatlıq verməyəcək. Əgər vətəndaşlar hər hansı təhlükə hiss edərsə, dərhal müvafiq qurumlara müraciət etməlidirlər”. 

Ekspert qeyd edib insanlar bu mövzuda daha diqqətli olmalı və daim maarifləndirilməlidir: 

“Mən mina məsələləri ilə bağlı tez-tez onlayn mətbuatda, yerli televiziya kanallarında xəbərdarlıqların edilməsinin tərəfdarıyam. İnsanlar daim bu məsələ ilə bağlı məlumatlandırılmalıdırlar. 

Elə minalar var ki, 30 il ərzində yağış, sel, təbii fəlakətlər nəticəsində dərinlərə gediblər və ehtiyatsızlıqla onlara toxunmaq faciəyə səbəb ola bilər.

SSRİ çoxdan süquta uğrayıb, amma bu gün də onların basdırdığı minalar vaxtilə işğal altında olan ərazilərdən tapılır. 1941-1945 müharibəsindən görün neçə illər keçib, amma bu gün də basdırılan minalar tapılır. 

“Cəbrayılda baş verən son hadisə bir növ xəbərdarlıq oldu. İnsanlar gərək məsuliyyətli və ehtiyatlı olsunlar, xüsusən yay aylarında vaxtilə işğal altında olmuş ərazilərə baş çəkənlər çox olur, amma düşünmürlər ki, hansı təhlükənin ətrafında fırlanırlar. Minaların hamısının aşkarlanmaması o demək deyil ki, mütəxəssislər təcrübəli deyillər, yaxud işlərinə səhlənkar yanaşırlar. İnsanlar təhlükəni özləri dərk etməli və gənc nəslə izah etməlidirlər”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
yenisabah.az

1Sources