EN

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın ilk mərhələsi 5 imtahan mərkəzində təşkil edilib

Şirvan-Salyan

Bakı, 21 iyun, AZƏRTAC

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın ilk mərhələsi 5 imtahan mərkəzində təşkil edilib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, bu gün keçirilən test imtahanına 407 nəfər riyaziyyat müəllimi dəvət olunub.

Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Rzazadə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları Yeganə Abdullayeva, Anar Xələfov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin keçirildiyi imtahan mərkəzlərində olub və sertifikasiya prosesində iştirak edən müəllimlərə uğurlar arzulayıblar.

Qeyd edək ki, sertifikatlaşdırmanın məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləməkdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
1
azertag.az

2Sources