EN

Rusiyada helikopter qəzaya uğrayıb: Ölənlər var

Rusiyanın Amur vilayətində "Robinson R-66" helikopterinin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 4 nəfər həlak olub.

Qeyd olunur ki, dünən helikopter müəssisələrdən birinin uçuş meydançasından havaya qalxdıqdan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Göyərtədə bir pilot və üç sərnişin olub.

Xilasetmə əməliyyatı bir gün davam edib. Helikopter meşədə tapılıb. Hazırda ekspertlər hadisənin səbəblərini müəyyənləşdirmək üzərində işləyirlər.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
3
cebheinfo.az

3Sources