EN

Vinisiusa illik 50 milyon avro maaş təklifi

Kilian Mbappe ilə yollarını ayıran PSJ hücum xəttindəki boşluğu doldurmağa çalışır. Matc.az xəbər verir ki, Fransa klubu “Real”ın forvardı Vinisius Junioru almaqda israrlıdı. Parislilər Braziliya millisinin üzvünə illik 50 milyon avro maaş olmaqla 5 illik müqavilə, həmçinin bonuslar təklif edib. Bundan əlavə, keçidə razılıq verərsə, futbolçu Qətərin səfiri olacaq. Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

Chosen
207
matc.az

1Sources