EN

Spalletti İspaniyaya məğlubiyyət haqda: “Bu, layiqli qələbədir”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İspaniya yığması ilə oyunu (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqidm edir:

“Çox böyük uçurum vardı. Daim uzadılırdıq, heç vaxt xətlər arasındakı məsafəni sıxışdıra bilmədik. Rəqib bizə, hesab göstərdiyindən daha çox fəsad yaşatdı. Biz onların əks təpkilərinə qarşı mübarizə apardıq, amma sadə ötürmələrdə də bir neçə səhvə yol verdik və bu, bizim özümüzə rəva görə bilməyəcəyimiz bir məqamdır.

Əvvəlki oyunlarda olduğu kimi, topa sahib olmağımız gərək idi. Bu axşam süst idik. Məğlub olmağımızın əsas səbəbi budur. İspaniya yığması bu gün komanda idi, biz isə bunu edə bilmədik. Bu, İspaniya üçün layiqli qələbədir”, deyə Spalletti vurğulayıb.

2-ci turdan sonra “B” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. İspaniya – 6 xal
  2. İtaliya – 3 xal
  3. Albaniya – 1 xal
  4. Xorvatiya – 1 xal

Vurğulayaq ki, İspaniya yığması bu qələbə sayəsində Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirib.

Chosen
137
arena.az

1Sources