EN

Şəkidə indiyədək 21 min hektardan çox taxıl sahəsinin məhsulu yğılıb

Şəkidə

Şəki, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 58 min 236,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Bu günədək 19 min 928 hektarı arpa, 1344 hektarı buğda olmaqla, 21 min 272 hektar sahənin məhsulu biçilib, 56 min 306 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 26,4 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 52 min 610 tonu arpa, 3 min 696 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 26,4 sentner, buğda sahələrindən isə 27,5 sentner məhsul götürülüb.

Hazırda sahələrdə 117 taxılbiçən kombayn işləyir. Fermerlər məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.

Qurum rəsmisinin sözlərinə görə, rayonda istehsalçılardan yaş barama tədarükü də davam edir. Şəkili kümçülər indiyədək qəbul məntəqəsinə 8 ton 765 kiloqram yaş barama təhvil veriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
azertag.az

3Sources