EN

Rusiyanın Amur vilayətində helikopter qəzasında 4 nəfər ölüb

Rusiyanın

Moskva, 21 iyun, AZƏRTAC

Rusiyanın Amur vilayətində “Robinson R-66” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə şərq regionlararası istintaq idarəsi məlumat yayıb.

İlkin məlumatlara görə, iyunun 20-də “Meridian” MMC-ə məxsus helikopter taxta emalı zavodunun ərazisindən havaya qalxsa da, təyinat yerinə çatmayıb. Axtarışlar bir sutkadan çox davam edib. Xilasedicilər onu tayqada tapıblar; pilot və üç sərnişin həlak olub.

 
Fəridə Abdullayeva
AZƏRTAC -ın müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
azertag.az

1Sources