Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə sayca 47-ci Amerika Kubokuna start verilib.
Arena.az xəbər verir ki, turnirin açılış matçında son çempion Argentina yığması Kanada milli komandası ilə üz-üzə gəlib.
Son dünya çempionu olan Argentina millisi Amerika Kubokuna qələbə ilə başlayıb. Belə ki, qarşılaşma “tanqoçular”ın inamlı qələbəsi ilə bitib – 2:0. Argentina yığmasının heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
Amerika Kuboku
A qrupu
21 iyun
Argentina – Kanada 2:0
Qollar: Xulian Alvares 49. Lautaro Martines 88.