EN

Yeni dövrə uyğun yeni parlament - ÖZƏL

"Azərbaycan tarixi proseslərin içərisindədir. Böyük hadisələr baş verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Azərbaycanın  ərazi bütövlüyünü bərpa etməsi  tək Azərbaycanda yox,  ümumiyyətlə Cənubi Qafqazda və regionda  çox şeyə təsir edib. Biz fevral ayında ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri keçirdik. Cənab Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəldi. Ondan sonra yeni reallıqlara uyğun addımlar atılmalı idi. Yeni dövrə uyğun yeni parlamentin olması reallıqdır və önəmli məsələdir. Buna görə də YAP-ın müraciəti anlaşılandır. Noyabrda COP29-un keçirilməsi də bu situasiyanı yetişdirib. COP29 dünyada ən önəmli tədbirlərdən biri, bəlkə də birincisidir. Bütün dünyanın diqqətində olan məsələdir. Noyabrda hər iki işi həyata keçirmək çətin olardı. COP29-a və digər məsələlərə görə yeni parlamentin olması məntiqə uyğundur. Normal qiymətləndirirəm və hesab edirəm ki, parlament də bu məsələyə düzgün yanaşacaq. Biz, seçkiləri qarşıdakı yaxın tarixlərdə görə biləcəyik. Azərbaycan xalqı növbəti dəfə ümummilli prosesə imza atacaq və bu sınaqdan da alnıaçıq çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
olaylar.az

1Sources