EN

Afrika ölkəsində vergi üsyanları: Küçələrdə xaos yarandı, yaralıların sayı artır

Keniyada vergilərin artırılması planına qarşı ölkənin hər yerində keçirilən etirazlarda polislə nümayişçilər arasında şiddətli toqquşmalar olub.

KONKRET.az xəbər verir ki, bir çox şəhərdə nümayişçilər hökumətin 2,7 milyard dollarlıq əlavə vergi toplamaq planına qarşı küçələrə çıxıb. Qarşıdurmalarda 1 nəfər ölüb, azı 200 nəfər yaralanıb, 100-dən çox adam saxlanılıb.

Polis paytaxt Nayrobidə minlərlə insana təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib.

29 yaşlı etirazçı xəstəxanada dünyasını dəyişib. Keniya polisinin qeyri-mütənasib güc tətbiqinə reaksiya verən hüquq müdafiə təşkilatları əksəriyyəti gənclərdən ibarət nümayişçiləri sakit olmağa çağırıb.

Etirazlara qatılan keniyalılar onsuz da böyük yoxsulluq içində yaşadıqlarını və yeni vergilərin onların həyatlarına böyük yük gətirəcəyini vurğulayırlar.

BVF isə vergilərin artırılması planını dəstəkləyir və hökumətin borcları və büdcə kəsirini bağlamaq üçün gəlirləri artırmalı olduğunu müdafiə edir.

Artan reaksiyalardan sonra prezident Ulliyam Ruto bu həftənin əvvəlində geri addım atıb, çörək və yağ kimi bəzi əsas məhsullar üçün vergi artımını məhdudlaşdırmağa qərar verib.

Keniya Parlamentinin gələn həftə yeni vergi qanununu müzakirə edəcəyi gözlənilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
konkret.az

1Sources