EN

Azərbaycan Cənubi Qafqazın ən qüdrətli orduya malikdir- ÖZƏL

"Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün apardığı hərəkatla adını tarixə qızıl hərflərlə yazmış oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Zəngin maddi-texniki bazaya, ən yeni silahlara malik Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Bu gün artıq sirr deyil ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Düşmən ölkədə ən yüksək səviyyədə etiraf edir ki, Azərbaycan Ordusu çox güclüdür. Yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləri ilə təchiz olunan dövlətimizin dayağı, xalqın qürur mənbəyi olan Azərbaycan Ordusunun gücü dünyanın tanınmış ekspertləri tərəfindən də vurğulanmaqdadır. Sözsüz ki, bugünkü qələbənin kökündə duran digər vacib məqam Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdir beynəlxalq müstəvidə aparıdığı siyasətdir".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
olaylar.az

1Sources