EN

Sulutəpədə su gəlmir- Sakinlər şikayətçidir

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində sakinlər su problemi ilə üzləşib.

Missiya.Az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata(şikayətə) görə, ərazidə artıq 1 aydır ki, su gəlmir.

Şikayətçinin sözlərinə görə, orada yaşayan bəzi insanlar suyu maşınla gətizdirib, çəni doldurur. Lakin bunu mütəmadi olaraq edə bilmirlər. 

“Bu isti yay günlərində susuzluqdan əziyyət çəkirik. Gün ərzində bir dəfə də olsun su gəlmir, həftələrdir bu belə də davam edir. Bu gedişlə, yay aylarında heç su verilməyəcək, çarəsiz vəziyyətdir”,-deyə şikayətçi bildirib.

Qeyd edək ki, ötən gün müğənni Xatirə İslam də "Azərsu" ASC-dən şikayət edib.

Mövzu ilə əlaqədar "Azərsu" ASC-nin nümayəndələri ilə əlaqə saxladıq. Onlar məsələnin araşdırılacağını bildirdilər.

Leyla SƏMƏNDƏRMissiya.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
missiya.az

1Sources