EN

Lavrov Ermənistanın KTMT-dən çıxması prosedurunun müzakirə olunmadığını deyib

KTMT-ın Almatıda keçirilən Nazirlər Şurasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT XİN başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iclasda belə bir tələb olmayıb.

Lavrov qeyd edib ki, İrəvan KTMT-yə rəsmi sənədlər göndərməyib ki, təşkilat üzvləri Ermənistanın gedişinin mümkün nəticələrini müzakirə etsinlər.

Chosen
104
5
apa.az

6Sources