EN

Barselona şəhər sakinləri Formula 1-dən məmnun deyil

Kataloniya paytaxtının mərkəzində baş tutan dünənki avtomobil şousu bütün sakinlərin ürəyincə olmayıb. Yerli mətbuatın məlumatına görə, ictimai və ekoloji təşkilatları təmsil edən 400-ə yaxın insan bu şüarlar altında etiraz nümayişi keçirib: “Formula 1, tüstüləməyi dayandır! Barselona ilə alver etmək olmaz”.

İspaniya qran-prisi 1991-ci ildən Barselona-Katalunya trassında keçirilir. Bu cür yarış festivalı isə ilk dəfədir ki, təşkil olunur. Bu məqsədlə Barselonanın mərkəzi prospekti olan Passeig de Gracia və ona bitişik bir neçə küçə bağlanıb. Təbii ki, bu, sakinlərin xoşuna gəlməyib.

Bununla belə, İspaniyada Formula 1-ə maraq çox yüksək səviyyədədir. Şounu izləməkdən, yarış mühərriklərinin səslərini dinləməkdən və sürücüləri qarşılamaqdan məmnun olan tamaşaçılar dəfələrlə çox olub.

Nümayiş yarışları başa çatdıqdan sonra pilotlar “Plaza Catalunya”da təşkil edilən Fan Forumunda iştirak ediblər. Bununla əlaqədar şəhərin mərkəzi meydanı demək olar ki, dolu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
futbolinfo.az

1Sources