EN

Hava ilə bağlı daha bir xəbərdarlıq

Soyuq hava kütləsinin atmosfer cəbhəsinin keçməsi ilə bağlı ayın 21-dən şimal və qərb rayonlarında, iyunun 22-si və 23-ü isə əksər rayonlarda leysan xarakterli yağışların müşahidə olunacağı, şimşək çaxacağı gözlənilir.

Bunu “Cebhe.info”-ya açıqlamasında metroloq Cavidan Əliyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var:

“Qərb küləyi arabir 17-22 m/s-dək güclənəcək. Belə olan halda güclü konvektiv axınlar, atmosferdə dayanıqsızlıq yaranır ki, bu da güclü şimşək və leysanla müşahidə olunur. Odur ki, şimşək zamanı tədbirli olmaq lazımdır.

Bakıda leysan xarakterli yağışların müşahidə olunacağı gözlənilir. Şimal-qərb küləyinin maksimul sürəti 15-20 m/s-dək artacaq. Gözlənilən proseslə bağlı temperatur 4-6 dərəcə aşağı enəcək, bəzi çaylardan sel və daşqın keçəcəyi gözlənilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
cebheinfo.az

1Sources