EN

Binə qəsəbəsində avtomobil yandırılıb

İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib. SİA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
87
15
sia.az

10Sources