EN

Həccə gedən şəxs nələrə əməl etməlidir? - DİN XADİMİ DANIŞDI

“Həzrət Peyğəmbərdən nəql olunmuş bəzi hədislərə görə həcc ziyarətindən qayıdan adamın bütün günahları bağışlanmış olur. Belə insanlar anadan doğulmuş günahsız körpə kimi olduqlarından onların üzərinə çox böyük məsuliyyətlər düşür. Həci adını qazanmış şəxslər öz xasiyyət və xarakterlərində mülayimlik nümayiş etdirməli, hər növ haram və günah işlərdən çəkinməli, daha çox sosial və ictimai işlərdə fəallıq göstərməli, dini ayinlərin icrasında çox diqqətli olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, müqəddəs İslam şəriətində həccin vacib olma şərtləri vardır: “Əgər bu şərtlər istər toplum halda, istərsə də tək halda mövcud olmazsa, həcc şəxsə vacib olmayacaqdır. Həcc bəzi şərtlər əsasında ömürdə bir dəfə insana vacib olur. Ağıllı omayan, yəni dəli olan şəxsə həcc vacib deyildir. Əgər dəli vəziyyətdə bir şəxs həcci ziyarət etsə, sonradan ağıllanarsa və müstəti olarsa, həcc ona vacib olacaqdır.

Şəriətə görə həccə gedən şəxs gərək əqli baxımdan yetişmiş olsun. Buna görə də onun həddi-buluğa yetişməmiş həcləri, sonradan o, müstəti olsa, onun boynundan götürülmür. Həddi-buluğ olduqdan sonra müstətidirsə, gərək həcci ziyarət edə. İmam Sadiq (ə) buyurub: “Əgər həddi-buluğ olmamış şəxs on dəfə həcci ziyarət etsə, sonradan həddi-buluğ olsa, həcc ona vacibdir””.

Həccin vacib olma şərtlərindən biri müstəti olmaqdır. Müstəti bacarıqlı olmaq deməkdir. Bu söz geniş mənaya malikdir. Burada nəzərdə vaxtın geniş olması, maddi və mənəvi imkana malik olmaq, təhlükəsizlikdə olmaq, ailəsinin dolanışcağına malik olmaq və s. mənalar tutulur. Qurani-Kərim buyurur: “Onun yoluna gücü çatan hər bir şəxsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur””,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
sia.az

1Sources