EN

Belarusda Silahlı Qüvvələrin hərbi hissələrinin hazırlığının qəfil yoxlanılmasına başlanılıb

Belarusda Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığının qəfil yoxlanılmasına başlanılıb. Yoxlamaya əməliyyat komandanlığının hərbi hissələri və bölmələri, xüsusi təyinatlı qoşunlar, raket və artilleriya, hava qüvvələri və hava hücumundan müdafiə qoşunları cəlb olunub”, - nazirliyin Teleqram-kanalında yayılan məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
aznews.az

1Sources