EN

“Azərbaycan üçün beynəlxalq təşkilatın yola nəzarət etməsində problem yoxdur“ Politoloq

"Zəngəzur dəhlizinə nəzarətin həyata keçirilməsi hər hansı bir üçüncü təşkilata verilə bilər. Bu Beynəlxalq təşkilat ola bilər deyə Ermənistan tərəfi açıqlama verib."

Politoloq Rəşad Bayramov bunu News365.az-a açıqlamasında dəyib.

"Məsələ burasındadır ki, bu gün Azərbaycan üçün birinci növbədə yolun açılması prealiteddir. Bununla bağlı qərar qəbul olunmalıdır ki, ondan sonra yola nəzarətin kim tərəfindən həyata keçirilməsi ilə bağlı müzakirələr başlanılsın. Azərbaycan üçün prinsip etibarilə hansısa beynəlxalq təşkilatın yola nəzarət etməsində böyük problem yoxdur. Əsas odur ki, həmin beynəlxalq təşkilat bizim tərəfimizdə olsun, bizim hüquqlar tanınsın və həmin beynəlxalq təşkilat Azərbaycan vətəndaşlarının və yüklərinin maneəsiz gediş gəlişləri təmin edilsin"- deyə qeyd edib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
news365.az

1Sources