“Parlamentin buraxılmasını məqsədəmüvafiq hesab edirik”.
“Cebhe.info” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.
O bildirib ki, Konstitusiyanın 98-ci maddəsi növbədənkənar parlament seçkilərinə gedilməsinə əsas yaradır:
“Parlamentin buraxılması bir sıra vacib səbəbləri var. Bakıda keçiriləcək beynəlxalq tədbirlər, o cümlədən parlament diplomatiyasının uğurla davam etdirilməsi üçün parlamentin yenidən formalaşması məqsədəuyğundur”.