EN

Məhkəmə idmançı ərini qətlə yetirən qadın barəsində QƏRAR VERDİ

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə psixiatrik ekspertizası üzrə Ekspert komissiyasının rəyinin nəticəsini açıqlayıb.

Ekspertiza rəyində göstərilib ki, Yoxlanılan şəxs Qalabəyli Əfsanə Xəlil qızında hal-hazırda "Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə" formasında psixi patologiya müəyyən edilir. 

"Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranmuş və hazırda da davam edir. Əfsanə Qalabəylinin hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum edir. Onun depressiv pozuntu uzun müddət ərzində özünü göstərən və gedişində psixotik xarakterli simptomlar da müşahidə oluna bilen ciddi psixi patologiyadır. Bu psixi patologiya şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə apanlmasını tələb edir. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Ə.Qalabəyli hal-hazırda öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil".

Daha sonra çıxış edən prokuror Cövdət Mehrəliyev ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxsin ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi təklif edib.
Daha sonra Əfsanə Qalabəyli barəsində qərar elan edilib.

Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir. Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
unikal.az

1Sources