EN

Prezidentə müraciət edilməsini məqsədəmüvafiq hesab edirik-Komitə sədri

"Növbədənklənar parlament seçkilərinin keçirilməsi zəruridir.Konstitusiyaya görə bu ilin noyabr ayında parlament seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Lakin həmin ərəfədə ən mötəbər tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərin keçirilməsi həm də Azərbaycanın beynəlxalq konvesiyadan irəli gələn öhdəliyidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: "Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədə müvafiq hesab edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
olaylar.az

1Sources