EN

Kilian Mbappe bu gün Niderlanda qarşı matça ehtiyatda başlayacaq

Kilian

Bakı, 21 iyun, AZƏRTAC

Kilian Mbappe bu gün Avropa çempionatında Niderlanda qarşı keçiriləcək matçda oynamaya bilər.

AZƏRTAC Fransa mətbuatına istinadən xəbər verir ki, Avstriya ilə ilk turda burnu sınan 26 yaşlı hücumçunun bugünkü matçda iştirakı sual altındadır. K. Mbappeninin Niderlanda qarşı oyuna xüsusi maskada hazırlaşdığı bildirilib.

Mənbənin sözlərinə görə, burnunun qırılması fransalıya normal məşq etməyə mane olur və o, bu gün matça ehtiyatda başlayacaq.

Qeyd edək ki, Niderland - Fransa oyunu Bakı vaxt ilə saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
1
azertag.az

2Sources