EN

Sertifikasiyadan 53 bal topladı: Suallar çətin olmasa da həyəcanlı idim

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rövşən Abbasov imtahanın asan olduğunu dilə gətirib:

 

"Hesab edirəm ki, imtahanda çətin bir sual yox idi, lakin bir az həyəcan vardı. İmtahandan 53 bal toplamışam. 124 nömrəli məktəbdə 7 ildir ki, riyaziyyat müəlimi kimi fəaliyyət göstərirəm. Ümumi olaraq isə bu sahədə 20 illik təcrübəm var".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
azedu.az

2Sources