EN

Hikmət Hacıyev: Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

O qeyd edib ki, Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmağa davam edir: “Hazırda dəhlizin Azərbaycan hissəsinin ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
8
ikisahil.az

9Sources