Lənkəran şəhərindəki bazarda yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərin birində başlayıb və ətrafa yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilb. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.