EN

Kolbasa və sosiskanın bahalaşmasına səbəb nədir?

"Son günlərdə ölkəmizdə kolbasa və sosiska məhsullarının bahalaşması müşahidə olunur".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, kolbasa və sosiska məhsullarının bahalaşmasına səbəb istehsal xərclərinin artmasıdır:

"Birincisi, ətin özünün qiymətində artım var. Nəzərə almaq lazımdır ki, kolbasa və sosiska istehsalında ətdən istifadə olunur. İkincisi, ətin bahalaşması kolbasanın da bahalaşması üçün zəmin yaradır. Adətən alıcılar ətin qiyməti ilə kolbasanın qiyməti arasında tarazlıq qurmaq istəyirlər. Buna görə də ətin, xüsusən də qırmızı ətin bahalaşması kolbasa və sosiskanın da qiymətinin artmasına səbəb olur".

Ekspert qeyd edib ki, idxal edilən kolbasa və sosiskaların bahalaşması da yerli kolbasa və sosiskaların qiymətlərinin yüksəlməsi üçün şərait yaradır:

"Ümumiyyətlə, idxal həmişə bazarda qiymət tənzimləyici rolunu oynayır. Yəni idxal olunanlar bahalaşanda yerli məhsullar da bahalaşır. İdxal məhsullarının qiyməti aşağı düşdükdə isə yerli məhsullar da ucuzlaşır. Həmçinin, xərclərin artması və pulun dəyər itirməsi kimi faktorlar da sözügedən qiymət artımları ilə nəticələnir".

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
hit.az

1Sources