EN

Bu ölkənin mediası sevinc içində: "Qarabağ"la düşmədilər"

Polşa mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimindən sonra "Yagelloniya"nın “Panejevis” (Litva) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşmasını şərh edərkən, "Qarabağ"a da toxunublar.

Sportinfo.az xəbər verir ki, “Mecze24” portalı Polşa çempionunun püşkatmada “Qarabağ”la düşməməsini bu cür şərh edib:

"Yagelloniya" səpələnmişlə arasında üçüncü qrupda qərarlaşmışdı. Onun rəqibləri İsrailin “Makkabi” (Təl-Əviv) və ya Azərbaycanın “Qarabağ” klubu ola bilərdi.

Bununla belə, püşkatma Polşa çempionunun xeyrinə oldu və onlarla düşmədilər”.

"Qarabağ" ÇL-in ikinci təsnifat mərhələsində (Cəbəllütariq) - "Hamrun Spartans"(Malta) cütünün qalibi ilə oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
308
sportinfo.az

1Sources