EN

BMT: İranda edamların sayı kəskin şəkildə artıb

BMT-nin baş katibi Antonio Quterreş İranda edamların sayının artması ilə bağlı narahatlığını dilə gətirərək bildirib ki, 2023-cü ildə bu ölkədə ən azı 834 nəfər edam edilib. 

Ednews - un xəbərinə görə, o, 2022-ci illə müqayisədə ötən il edam göstəricilərində 43% artım olduğunu vurğulayıb. 

BMT-nin İnsan Haqları Şurasının hazırladığı hesabat 2023-cü il avqustun 1-dən 2024-cü il martın 31-dək olan dövrü əhatə edir. Hesabata əsasən, 2022-ci ildə İranda edam sayının ən azı 582 olduğu təxmin olunub. 

Bu hesabatda Quterreş əlavə edib ki, 2023-cü ildə edamların ümumi sayından ən azı 471 edam cəzası narkotiklə əlaqəli cinayətlərlə bağlıdır.

Bu rəqəm 2022-ci ildə narkotiklərlə bağlı bildirilən 256 edamla müqayisədə 84% artımı üzə çıxarıb.

Əkbər Novruz

Chosen
72
1
ednews.net

2Sources