Bu gecə Kopa Amerika turnirinə start verilib.
Publika.az xəbər verir ki, ABŞ-da keçirilən yarışın açılış matçında Argentina və Kanada yığmaları üz-üzə gəlib. Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yulian Alvarez və Lautaro Martines hərəyə bir dəfə fərqlənib. Komandanın kapitanı Lionel Messi isə assist ilə yadda qalıb.
Argentina iyunun 26-da baş tutacaq növbəti oyunda Çilini sınağa çəkəcək. Kanada isə həmin gün Peru ilə qarşılaşacaq.
Heybət