EN

Ev dustaqlığında olan general məhkəməyə çıxarıldı: “Mənə də Komitənin rəhbərliyi göstəriş verdi..."

Xəbər verdiyimiz kimi, 42 ədəd avtomobili 22 min manata satan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub. 

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Xosrov Vahabzadənin məhkəməsində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru gömrük general-mayoru Ehtiram Xəlilovda ifadə verib.

“Bununla bağlı onu deyə bilərəm ki, həmin kremin dərman vasitəsi olduğunu bilməmişəm. Belə ki, “Azərterminalkompleks” dərman vasitələrinin satışını həyata keçirməyib, anbarda olan bütün dərmanlar müharibə vaxtı hərbi hissələrə göndərilib”.

“Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxs çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub”.

Chosen
61
10
mia.az

10Sources