EN

DİN: Ötən gün 1 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN:

Bakı, 21 iyun, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 20-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 29 metodon həbi və 21 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumata verilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Chosen
118
4
azertag.az

10Sources