EN

İranda edamların sayı artıb – BMT-nin HESABATI

BMT-nin baş katibi Antonio Quterreş İranda edamların sayının artması ilə bağlı narahatlığını dilə gətirərək bildirib ki, 2023-cü ildə bu ölkədə ən azı 834 nəfər dar ağacından asılıb.

NOCOMMENT.az xəbər verir ki, o, 2022-ci illə müqayisədə ötən il edam göstəricilərində 43% artım olduğunu vurğulayıb.

BMT-nin İnsan Haqları Şurasının hazırladığı hesabat 2023-cü il avqustun 1-dən 2024-cü il martın 31-dək olan dövrü əhatə edir. Hesabata əsasən, 2022-ci ildə İranda edam sayının ən azı 582 olduğu təxmin olunub.

Bu hesabatda Quterreş əlavə edib ki, 2023-cü ildə edamların ümumi sayından ən azı 471 edam cəzası narkotiklə əlaqəli cinayətlərlə bağlıdır.

Bu rəqəm 2022-ci ildə narkotiklərlə bağlı bildirilən 256 edamla müqayisədə 84% artımı üzə çıxarıb.

Chosen
101
1
nocomment.az

2Sources