EN

AVRO-2024: Mbappe Niderlandla oyunda iştirak edə bilər

Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-də gözləniləndən tez yaşıl meydanlara dönə bilər. Ulduz futbolçunun qrup mərhələsinin II turunda Niderlandla oyunda iştirakı istisna deyil. Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-də gözləniləndən tez yaşıl meydanlara dönə bilər. Matc.az xəbər verir ki, ulduz futbolçunun qrup mərhələsinin II turunda Niderlandla oyunda iştirakı istisna deyil. Bunu yığmanın baş məşqçisi Didye Deşam da təsdiqləyib. O, I turda Avstriya ilə qarşılaşmada burnu qırılan Mbappenin özünü daha yaxşı hiss etdiyini bildirib: “Mbappe özünü daha yaxşı hiss edir. Hadisələrin gedişi onun oyuna hazır olmasına doğru aparır. Hər şey düzgün istiqamətdə gedir”. Qeyd edək ki, bu gün keçiriləcək Niderland – Fransa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
matc.az

1Sources