EN

Rusiyada iki neft emalı zavoduna hücum edildi

Rusiyanın Tambov və Adıgey Muxtar Respublikasında iki neft emalı zavoduna pilotsuz təyyarə ilə hücum edilib. Hücumdan sonra neft emalı zavodlarında yanğın baş verib. Hücumda can itkisinin olmadığı bildirilib.

Turkustan.az xəbər verir ki, Paytaxt Moskvanın cənub-şərqində yerləşən Tambov şəhərindəki neft emalı zavodu gecə saatlarında hücumun hədəfi olub və neft emalı zavodunda baş verən partlayışdan sonra yanğın başlayıb.

Tambov qubernatoru Maksim Yeqorov verdiyi yazılı açıqlamada, hücumdan dərhal sonra yanğınsöndürmə qruplarının yanğına müdaxilə etdiyini və yanğın zamanı heç bir insan itkisinin olmadığını bildirib.

Səhər saatlarında Rusiyanın Şimali Qafqaz regionunda yerləşən Adıgey Muxtar Respublikasındakı neft emalı zavodu da hədəfə alınıb.

Neft emalı zavodunda yanğın baş verən zaman əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Bölgə prezidenti Murat Kumpilov verdiyi açıqlamada yanğının nəzarət altına alındığını və hücumda can itkisinin olmadığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
118
turkustan.az

1Sources