EN

"Bizimlə müqayisə ediləcək komanda görmürəm" - La Fuente

style='margin-bottom:10px;'>

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda İtaliyaya 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, o deyib:

“Mən bu oyunçularla fəxr edirəm və xoşbəxtəm. Ötən gün dedim ki, oynamaqdan, qalib gəlməkdən yorulmurlar və bunu bir daha sübut etdilər. Qarşılaşma çətin keçdi. Oyun ərzində üstün olduq, çoxlu qol imkanı yaratdıq. Lakin hesabdakı fərq az idi".

Mütəxəssis Avropa çempionatında hər görüşün çətin olduğunu vurğulayıb: "Nə qədər irəliləsək, rəqiblərimiz bizi bir o qədər tanıyacaq. Burada çoxlu yüksək səviyyəli komandalar var. Hələlik bizimlə müqayisə edilə biləcək birini görmürəm, amma çox çalışmaq lazımdır. Biz təkmilləşməli, inamlı olmalıyıq".

La Fuente növbəti oyuna qədər heyətdə bəzi dəyişikliklər edəcəyini bildirib: "Heyətimiz bunu etməyə imkan verir. Qrupun son matçında da qələbə üçün oynayacağıq. Heç kimə yaxşılıq etməyəcəyik. Hələ meydana çıxmamış və özlərini göstərmək istəyən top oyunçularımız var. Biz rotasiyadan istifadə edirik və oynamayan və ya az oynayanlara şans verəcəyik".

Qeyd edək ki, İspaniya millisi növbəti mərhələni təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
1
teleqraf.com

2Sources