EN

Nigeriya kralının oğlu ilə evlənən türk qızının GÖRÜNTÜLƏRİ ÇOX DANIŞILDI - VİDEO

Nigeriya kralının oğlu ilə evlənən türk qızının GÖRÜNTÜLƏRİ ÇOX DANIŞILDI - VİDEO

Türkiyəli qız Nigeriya kralının oğlu ilə ailə həyatı qurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Mərmərə Universitetində təhsil alan gənc qızın həyat 2017-ci ildə dəyişib. Lakin onun sevdiyi adam nigeriyalı idi. Onların mədəniyyətləri, yaşayışları və dilləri çox fərqli idi. Cansu nigeriyalı əri ilə tanışlıq hekayəsini belə danışıb:

"Yoldaşımla Taksimdə küçədə rastlaşdım. Yolda gedirdim, yoldaşım yanıma gəldi və bildiyi türkcə sözlərlə mənimlə görüşmək istədiyini dedi. Amma vaxtım yox idi. Bir-birimizə nömrələrimizi verdik. Həyat yoldaşım həmişə dostlarından və ətrafından Türkiyənin yaşamaq üçün əlverişli yer olduğunu eşidib. Bu səbəbdən o, ölkəmizə turizm məqsədi ilə gəlirdi. Daha sonra kafedə görüşmək qərarına gəldik. Bununla belə, bizim böyük problemimiz var idi. O türk dilini bilmirdi, mən də ingilis dilini. Bizi birləşdirən yeganə şey bir-birimizə olan hisslərimiz idi. Uzun müddət bir-birimizə baxdıqdan sonra telefonlarımızdakı tərcümə proqramından istifadə edərək əlaqə qurduq".

Cütlük aralarında olan fərqlərə baxmayaraq, heç vaxt ayrılmadılar və münasibətlərini davam etdirdilər. Cansunun ailəsi və ətrafındakılar bu vəziyyətə çox təəccüblənsələr də, qızlarının xoşbəxtliyini görəndə onun qərarına hörmətlə yanaşıblar. Nigeriya xalqı və yoldaşının ailəsi isə Cansunu çox gözəl qarşılayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
sonxeber.az

1Sources