EN

Batshuayi müəmması: Acun Ilıcalı müzakirələrə son qoyub

"Fənərbağça"nın İdarə Heyətinin üzvü Acun Ilıcalı əzəli rəqibi "Qalatasaray"la anlaşdığı haqda xəbərlər yayılan belçikalı hücumçu Mişi Batşuayi barədə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Mişi Batşuayinin komandadan ayrılacağını açıqlayıb.

Ilıcalı  bildirib ki, baş məşqçi Joze Mourinyonun hesabatına uyğun olaraq belçikalı hücumçu ilə davam etməməyə qərar verilib: "Məşqçimiz Joze Mourinyo ilə keçirdiyimiz görüşlərdə mərkəz hücumçusu ilə bağlı başqa bir yol xəritəsi ortaya qoyulub. Transfer səylərimiz və danışıqlarımız müsbət davam edir. Azarkeşlərimizin də bunu bilməsini istəyirəm. İstəsək, onu saxlayardıq. Azarkeşlərimiz səbirli olmalı və bizə güvənməyə davam etməlidir."

Fərid

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
mia.az

1Sources